Türkiyənin paytaxtı Ankarada dəhşətli yol qəzası baş verib.
Yenicag.az türk mediasına istinadən xəbər verir ki, Ankaranın Kızılcahamam bölgəsində hərbçiləri daşıyan avtomobil TIR-a çırpılıb. Nəticədə iki baş əsgər Məhəmməd Saleh Günal və avtomobili idarə edən Mustafa Toyran hadisə yerində keçinib. Onların cənazələri Kızılcahamam dövlət xəstəxanasının morquna yerləşdirilib.
Qeyd edək ki, TIR-ı idarə edən Hakan Kolay qəzadan heç bir xəsarət almadan xilas olub.