Ankarada dəhşətli sel – FOTOLAR

Türkiyənin paytaxtı Ankarada leysandan yaranan sel nəticəsində 6 nəfər xəsarət alıb.

Yenicag.az türk mətbuatına istinadən xəbər verir ki, çoxlu sayda iş yerini su basıb.

Şəhərin Boğaziçi məhəlləsindəki Mamak körpüsünün altını su basması nəticəsində sürücülər çətinliklə üzləşiblər.

Hadisə yerinə çox sayda polis əməkdaşı və xilasedicilər cəlb olunub.