Ankarada Ərdoğanla Putin arasında görüş keçirildi

Ankarada Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiyanın dövlət başçısı Vladimir Putin arasında görüş baş tutub.

Yenicag.az xəbər verir ki, Ərdoğan Putini Türkiyə prezidentinin Beştəpə iqamətgahında rəsmi mərasimlə qarşılayıb.

Mətbuata qapalı keçirilən görüş 1,5 saat çəkib.

Bundan sonra dövlət başçılarının iştirakı ilə Türkiyə-Rusiya Yüksək Səviyyəli Əməkdaşlıq Şirasının toplantısı başlayıb.