Ankarada həyəcanlı anlar – Generallar toplanır

124799_srcBu gün Ankarada Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Türkiyə Ali Hərbi Şurasının iclası keçiriləcək.

Türkiyə ordusunun Baş Qərargahında keçiriləcək toplantıda baş nazir Əhməd Davudoğlu, baş qərargah rəisi Hulusi Akar, müdafiə naziri İsmət Yılmaz, həmçinin ordu general və admiralları da iştirak edəcək.

Şuranın iclası zamanı sərhədlərin təhlükəsizliyinin təmin olunması, Türkiyə sərhədini keçərkən vurulan rus təyyarəsi ilə bağlı yaranan böhran, Bəşər Əsəd ordusu və onun tərəfdarlarının türkmənlərin yaşadığı regionda keçirdiyi hərbi əməliyyat, PKK, İŞİD və digər terror təşkilatlarına qarşı mübarizə məsələləri müzakirə ediləcək(Azvision)