Türkiyənin paytaxtı Ankarada şəhərində İŞİD üzvlərinə qarşı keçirilən əməliyyatda 15 nəfər saxlanılıb.
Yenicag.az xəbər verir ki, əməliyyatda 500 polis əməkdaşı, o cümlədən Terrorla Mübarizə İdarəsinin xüsusi əməliyyat dəstəsi də iştirak edib.
Qeyd edək ki, saxlanılar şəxslərindən 11-nin xarici vətəndaş olduğu müyyən edilib.
Bundan əlavə onu da bildirək ki, Adıyaman şəhərində də buna bənzər əməliyyat həyata keçirilib.