Ankarada kritik QARABAĞ GÖRÜŞÜ: Türkiyə-Rusiya danışıqları başladı – YENİLƏNDİ

Rusiya nümayəndə heyəti ilə Türkiyə Milli Müdafiə Nazirliyində (MMN) görüş keçirilir.

Türkiyədə səfərdə olan Rusiya nümayəndə heyətilə Dağlıq Qarabağdakı vəziyyət və görüləcək işlərlə bağlı müzakirələr aparılır.

***

13:58

Dağlıq Qarabağda əldə edilmiş razılıq əsasında yaradılacaq Monitorinq Mərkəzinin fəaliyyətini və Türkiyənin bölgədəki rolunu müzakirə etmək üçün Rusiyadan bir qrup heyət Ankaraya gəlib.

Yenicag.az xəbər verir ki, 20 nəfərdən ibarət Rusiya heyəti ilə Türkiyə rəsmiləri arasında görüş artıq başlayıb.

Qeyd edək ki, Rusiya heyətinin müzakirələr üçün Ankaraya gələcəyini Türkiyənin milli müdafiə naziri Hulusi Akar bildirmişdi.

“Türkiyə Qarabağ razılaşmasında həm masada, həm də döyüş meydanındadır. Orada hər hansı “oldu-bitdi” məsələsi müzakirə mövzusu deyil.

Sabah Rusiyadan geniş bir heyət gəlir. Taktiki və texniki olaraq, kim harada dayanacaq, nə edəcək – bunlar müzakirə olunacaq.

Qarabağ sazişində Türkiyənin yeri haradadır? Türkiyə məsələnin kökündədir. Həm masada, həm döyüş meydanındadır”, – deyə Akar vurğulamışdı.

Aqil Bəkir