Ankarada mühüm Sammit: Türkiyə, Rusiya və İran Suriyanın taleyini müəyyənləşdirir

Bu gün Ankaranın Çankaya sarayında 5-ci dəfə üçtərəfli Suriya Sammiti keçiriləcək.

Yenicag.az Türkiyə mediasına istinadən xəbər verir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, İran prezidenti Həsən Ruhani və Rusiya prezidenti Vladimir Putinin qatıldığı Sammitin əsas müzakirə mövzusu Suriya böhranı olacaq.

İran prezidenti Həsən Ruhani Sammitində iştirak etmək üçün Ankaraya bir gün əvvəl gəlib. Rusiya prezidenti Vladimir Putin isə Ankaraya Sammitdən bir neçə saat əvvəl yetişib.

Ölkə liderləri əvvəlcə Sammitdən öncə təkbətək görüşlər keçirəcək, daha sonra isə Suriya üzrə üçtərəfli Sammiti baş tutacaq.

Müzakirələrdə əsas diqqətin Əsəd rejimi və Rusiyanın hücumları nəticəsində Türkiyə sərhədinə sığınan 1 milyon qaçqının məskunlaşdığı İdlibdə sabitliyin bərpasına yönələcəyi bildirilir.

Firuzə Alimova