Türkiyədə sürət qatarının lokomotivlə toqquşması nəticəsində ölənlərin sayı 9-a, yaralıların sayı isə 47-yə çatıb.
Yenicag.az xəbər verir ki, bu barədə ölkənin nəqliyyat naziri Cahit Turhan məlumat verib.
Nazirin sözlərinə görə, ölənlərdən 3-ü maşinist, 6-sı isə sərnişindir.
Hadisə ilə bağlı araşdırma davam edir.
***
10:00
Ankara-Konya marşrutu üzrə hərəkət edən sürət qatarı lokomotivlə toqquşub.
Yenicag.az xəbər verir ki, hadisə Ankaranın Yeniməhəllə rayonunun Marşandiz dəmiryol stansiyasında baş verib.
Qəza nəticəsində iki vaqon aşıb.
4 nəfər öldüyü, 43 nəfərin yaralandığı bildirilib.
Yaralılar bölgədəki xəstəxanalara yerləşdiriliblər.