Ankarada silahlı hücum: Avtomobildən vətəndaşlara atəş açıldı – VİDEO

Ankarada silahlı insident baş verib.

Yenicag.az xəbər verir ki, kimliyi bəlli olmayan şəxslər avtomobillə hərəkət edərkən qəfildən yolda gedən 4 nəfərə atəş açmağa başlayıb.

Hadisə nəticəsində həmin şəxslərin dördü də yaralanıb. Yaralılar xəstəxanalara aparılıb.

Polis cinayətkarların şəxsiyyətini müəyyən etmək üçün araşdırmalara başlayıb.