!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ankarada strateji enerji zirvəsi keçiriləcək

!Reklam – Yazi

13077213_10206152838732796_926035473_nAzərbaycanla Türkiyə arasındakı ən önəmli projelərdən biri olan TANAP Ankarada beynəlxalq konfransda müzakirə ediləcək. Yenicag.az xəbər verir ki, Avrasiya İqtisadi Əlaqələr Dərnəyi (EkoAvrasiya) və “İpəkyolu” Strateji Araşdırmalar Mərkəzi (İPAR) TANAP-ın gələcəyi ilə bağlı “Qardaşlıqdan Strateji Ortaqlığa gedən yol:TANAP” mövzusunda geniş müzakirə aparacaq.

12 may 2016-cı ildə, Ankarada keçiriləcək mötəbər tədbirdə  TANAP-ın strateji önəmi, iqtisadi gəlirləri, proyektin iki ölkə üçün faydaları və onunla bağlı təhdidlər dəyərləndiriləcək.

Türkiyə və Azərbaycandan mütəxəssislərin dəvət edildiyi tədbirdə Türkiyənin enerji və təbii qaynaqlar naziri Berat Albayrak başda olmaqla, dövlət və diplomatik korpus nümayəndələrinin iştirakı gözlənilir.
Mövzu ilə bağlı EkoAvrasiya İdarə Heyətinin başqanı Hikmət Ərən TANAP-ın Türkiyə ilə Azərbaycan arasında qardaşlıqdan strateji ortaqlığa gedən çox önəmli bir proyekt olduğunu vurğuladı.

“İpəkyolu” Strateji Araşdırmalar Mərkəzi başqanı Seyfullah Türksoy da hesab edir ki, “TANAP Türkiyə ilə Azərbaycan qardaşlığının və strateji ortaqlığının taclanmış halıdır”.

13101555_10206152839012803_644370039_n

www.yenicag.az

797
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv