Ankarada Türk İnternet Media Forumu keçiriləcək: Aqil Ələsgər ölkəmizi təmsil edəcək

Türkiyənin paytaxtı Ankarada sentyabrın 28-də Türk İnternet Media Forumu təşkil ediləcək.

Yenicag.az xəbər verir ki, Türk İnternet Media Birliyi və Türkiyənin Radio və Televiziya Yüksək Şurasının (RTÜK) birgə təşkilatçılığı ilə keçiriləcək foruma 7 ölkədən çox sayda jurnalist qatılacaq.

Forumda internet medianın hazırkı durumu müzakirə ediləcək, bununla bağlı hazırlanan yeni qanun layihəsi ətrafında fikir mübadiləsi aparılacaq, mövcud vəziyyət və perspektivlər haqqında çıxışlar ediləcək.

Qeyd edək ki, beynəlxalq forumda Azərbaycanı “Yeni Çağ” Media Qrupunun rəhbəri Aqil Ələsgər təmsil edəcək.

COP29