Ankarada üçtərəfli görüş başladı

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Rusiya dövlət başçısı Vladimir Putin və iranlı həmkarı Həsən Ruhani ilə görüş keçirir.

Yenicag.az xəbər verir ki, liderlərin üçtərəfli görüşündə Suriyada baş verən proseslər müzakirə olunur.

Qeyd edək ki, bu dəfəki görüşün əsas məqsədi Suriyanın yeni konstitusiyası barədə fikir mübadiləsi aparmaqdır.