Ankarada yolu su basdı: Maşınlar seldə sürükləndi

Türkiyənin paytaxtı Ankarada yağan leysan yağışları magistral yolun bağlanmasına səbəb olub.

Yenicag.az xəbər verir ki, yağışlar səbəbilə yaranan sel Ankara-Əskişəhər yolunu bağlayıb.

Sel yoldakı maşınların hərəkətinə mane olub, iki avtomobil sellə bərabər sürüklənib.