!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ankaradakı terror aktının arxasındakı MESAJLAR: “Baxçalının çağırışına cavab olaraq...”

!Reklam – Yazi

“Dünən Ankarada törədilən terror aktı terror naminə terror deyil”.

Bu sözləri Türkiyədə terror aktı və onun səbəblərini Yenicag.az-a şərh edən təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl deyib.

İlham İsmayılın sözlərinə görə, Ankarada törədilən terror aktının əsas mahiyyəti arxasındakı mesajlardır.

“Bu cür terror aktı törətmək üçün müəyyən hazırlıq lazımdır. Baş verən hadisə əvvəlcədən düşünülüb, hazırlanılıb, planlaşdırılıb. Xüsusi xidmət orqanında yatmış agentlər olur. Ona bəzən illərlə toxunmurlar. Zaman çatanda ona tapşırıq verirlər, o da yerinə yetirir. Bu da yatmış agentin oyadılmasıdır”, – deyə o qeyd edib.

İ.İsmayıl vurğulayıb ki, Türkiyə son dövrlərdə müdafiə sənayesi ilə bağlı xeyli irəliləyişləri var.

“Əsas hədəflərdən biri də PKK terror təşkilatını maliyələşdirən, onu hər dəfə Türkiyəyə qarşı təzyiq vasitəsi kimi istifadə edən ABŞ-dir. ABŞ PKK-nı maliyələşdirən bir dövlətdir. Bu məsələdə ən önəmli şey zamanın seçilməsidir. Türkiyə BRİCS-ə gedir, Türkiyənin müdafiə sənayesi inkişaf edir, Dövlət Baxçalının çağırışına cavab olaraq, bu hadisə törədilir ki, PKK dayanmayacaq. İlkin olaraq bu üç variant ortaya çıxır”, – deyə o vurğulayıb.

Ekspert əlavə edib ki, PKK öz mövcudluğunu çoxdan idi göstərmirdi.

“PKK üçün ən asan terror aktı keçiriləcək yer, misal üçün, Taksim meydanıdır. Dünən Ankarada törədilən terror aktı terror naminə terror deyil. Dünənki terror mesaj vericidir”, – deyə o, fikirlərini tamamlayıb.

Səxavət Məmməd

COP29

www.yenicag.az

136
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv