Türkiyə Donald Tramp administrasiyasına PKK silahlılarına Suriyada dəstəyi dayandırmağa və Ankaraya silah tədarükünə qoyulan sanksiyaları ləğv etməyə çalışacaq.
Yenicag.az “Türkiye”yə istinadla xəbər verir ki, bu barədə mənbələr danışıb:
“Budur, Türkiyənin Trampa təqdim edəcəyi dörd təcili dosye: Suriyada PKK/YPG-yə dəstəyin dayandırılması. CAATSA sanksiyalarını tamamilə ləğvi. Pulun qaytarılması və ya F-35-ə (proqramına) qayıdış”.
Artıq 2017-2021-ci illərdə ABŞ prezidenti olmuş Donald Tramp 2024-cü il noyabrın 5-də keçirilən prezident seçkilərində qalib gəlib. O, 19-cu əsrdən bəri ABŞ-da dörd illik fasilədən sonra Ağ Evə qayıdan ilk siyasətçi olub. Dekabrın 17-də Tramp ABŞ prezident seçkilərində qalib gəlmək üçün lazım olan Seçicilər Kollegiyasının səslərini toplayıb. İnauqurasiya yanvarın 20-də baş tutacaq.