Türkiyəyə 40 ədəd dördüncü nəsil “Tayfun” qırıcısının tədarükü ilə birgə MBDA şirkətinə məxsus “Meteor” hava-hava tipli idarəolunan raketlər də göndəriləcək.
Yenicag.az xəbər verir ki, bu barədə İsrail mediası məlumat yayıb.
İddia olunub ki, Berlin hökuməti qırıcı təyyarələrə inteqrasiya olunmuş raketlərin Türkiyəyə satışını təsdiq edəcək:
“Bu təkmil silahların təsdiqi “Tayfun” qırıcılarının yaxın gələcəkdə Ankaraya satılacağını da göstərə bilər”.
Eyni zamanda vurğulanıb ki, bu proses Afinada narahatlıq yaradıb./axar.az