ANS telekanalında verilişlərin bağlanması davam edir.
Məlumata görə, ANS telekanalında “Şoubiz”, “İç Xəbər”, “İtibucaq” və “Düzbucaq” verilişləri bağlanıb.
Xəbərdə bildirilir ki, bu telekanal rəhbərinin şəxsi qərarıdır və bu verilişlərin yayımının dayandırılmasında Milli Teleradio Şurasının göstərişi olmayıb.
Qeyd edək ki, adıçəkilən verilişlər həftənin 6 günü yayımlanırdı.(publika)