Bu barədə modern.az saytı məlumat yayıb. Məlumata görə, bu gün məhkəməyə çağırış məktubunda ANS-in şərəf, ləyaqət və işgüzar nüfuza xələl gətirmə ittihamı ilə iş qaldırdığı qeyd olunub.
“Məhkəmə fevralın 2-dən başlayacaq. ANS bizi məhkəməyə verməyə vərdiş edib, öyrəncəlidir. Adi bir informasiya yayan kimi məhkəməyə üz tuturlar. Lakin bu dəfə niyə, hansı yazıya görə məhkəməyə verildiyimizlə bağlı hələki dəqiq məlumatım yoxdur. Güman edirəm ki, son günlər ANS şirkətində kütləvi ixtisarlarla bağlı dərc olunmuş yazılara görədir” – deyə, E. Zahiroğlu sayıta açıqlamasında vurğulayıb.