!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“ANS”-in daha bir gözəl aparıcısı efirə qayıdır- VİDEO

!Reklam – Yazi

g1-3Azərbaycanın ən məşhur aparıcılarından Gülnarə Məmmədova uzun ayrılıqdan sonra yenidən izləyiciləri ilə görüşəcək.

Aparıcılığını etdiyi Kamerton verilişi ilə Azərbaycan izləyicisinin sevgisini qazanan Gülnarə Məmmədova Space TV-nin efirində yayımlanacaq “Türkiyədən sevgi ilə” proqramıyla ekranlara geri dönür. Uzun zamandır Türkiyənin İstabul şəhərində yaşayan və burada evlənən xanım aparıcı verilişin çəkimlərini də elə Türkiyədə gerçəkləşdirəcək.

“Türkiyədən Sevgi İlə” proqramında Türkiyənin şou-biznes aləmində baş verən ən son xəbərlər, ən çox izlənilən serialların set arxaları, mədəniyyət hadisələri, film gala və mükafatlandırma gecələri, Türkiyədə keçirilən özəl Azərbaycan günləri işıqlandırılacaq. Artıq 1 aydan çoxdur ki, proqramın hazırlıq işləri gedir. Aparıcı Gülnarə Məmmədova ilə İstanbulun fərqli məkanlarında çəkilişlər edilib. İlk proqramda efirə gedəcək sujetlər də artıq qərarlaşdırılıb. Tamaşaçıları sevindirəcək sürprizlər olacaq.

Proqram yaxın günlərdə yayımlanacaq. Space TV-də verilişin “Tezliklə” anonsunu izləyə bilərsiz.

“Türkiyədən Sevgi İlə” proqramının rəsmi informasiya dəstəyi Türkiyə və Azərbaycan xəbər platformu turkaznews.com saytıdır.(turkaznews.com)

www.yenicag.az

810
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv