!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

ANS-in uğursuz özünümüdafiəsi…

!Reklam – Yazi

Mir Şahin və Mais Məmmədovun “ucadan danışması” nədən xəbər verir?

ANS-in vitse-prezidenti Mirşahin Ağayev bu gün mediada ANS ÇM-də hər həftənin şənbə günləri erməni musiqisinin yayımlanmasına etirazlara münasibət bildirib. Medianı ağır tənqid və təhqir üzərində qurulan və yuxarıdan aşağı münasibət sərgilənən video-materialın əsas sətirbaşları bunlar idi:

– ANS erməni mahnısını efirə verməklə, ermənilərin Azərbaycana qarşı ermənifob siyasətini ifşa edirmiş.

– ANS bizi sivil, mədəniyyəti milliyyətdən ayıran bir telekanal kimi üzə çıxır.

– Azərbaycanda armenia.az adlı sayt var. O zaman biz niyə erməni musiqisini verməyək.

– ANS bu addımı ilə milli ideoloji siyasətdə yaxından iştirak edir.
– Mən MTRŞ-ın münasibətindən bəzi şeylər anlayıram, eyni zamanda da anlamıram.

– Prezidentdən nümunə götürmək lazımdır. Görün o, neçə dəfə Ermənistan prezidenti ilə görüşür

– ANS nə edir düz edir. Bu sizin girəcəyiniz kol deyil.

Məsələ burasındadır ki, illərlə Mir Şahini izləyən və söz ustadı olduğuna qəti şübhə etməyən izləyicilər üçün bu video-material dərsinə yaxşı hazırlaşmayan, ancaq özünə haqq qazandırmaq istəyən şagird görüntüsü verirdi. Nuşirəvan Məhərrəmliyə hücum üzərində qurulan material bir-biri ilə əlaqəsiz arqumentlərin toplumuydu. Lakin diqqətlə izlədikdə, Mir Şahinin hərəkətlərinə don geyindirmək üçün gətirdiyi heç bir arqumentlə baş verən hadisənin yaxından-uzaqdan əlaqəsinin olmadığı görülməkdədir.

Lakin Mir Şahindən öncə məsələyə münasibət bildirən ANS prezidentinin media üzrə müşaviri Mais Məmmədovun açıqlaması daha qüsurlu idi. O, ANS ÇM radiosunda erməni mahnısının səsləndirilməsinə “Ona qalsa İrəvanda da hər gün Azərbaycan mahnıları oxudurlar deyərək, özlərinə haqq qazandırmaq istəyib.

Ancaq onun arqument kimi irəli sürdüyü fakt qüsurludur. Çünki ermənilər bizim mahnıları Azərbaycan mahnısı kimi təqdim etmir, əksinə oğurlayıb öz adlarına çıxırlar.

 

www.yenicag.az

817
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv