ANS-in yaranmasından 23 il ötür-Video

51889Bu gün Azərbaycanda ilk müstəqil kanal olan ANS-in yaranmasından 23 il ötür.

ANS-in ilk yayıma başlama tarixi 1991-ci ilin 26 noyabrında reallaşıb. 1990-cu ildə 3 nəfər gənc jurnalist – Vahid və Seyfulla Mustafayev qardaşları və Mirşahin Ağayev tərəfindən Azərbaycanda ilk müstəqil televiziya şirkəti kimi ANS yaradılıb.

Ad günü münasibəti ilə kanalın bir neçə əməkdaşı “Salam Azərbaycan”nın qonağı olub. Onların arasında ANS-in şimal bölgə müxbiri Aytəkin Alxaslı, Tünzalə Rafiqqızı, “Xəbərçi”nin aparıcısı Əfsanə Mehdiyeva və başqaları olub. Onlar verilişdə çəkilişlər zamanı yaranan çətinliklərdən danışıblar.

Bundan əlavə efirdə bir neçə verilişin kadrarxası görüntüləri və aparıcıların iş zamanı üzləşdikləri gülməli kadrlar yayılmanıb.

ANS TV əməkdaşlarının ən məzəli anlarını təqdim edirik.