ANS məhkəmənin qərarından şikayət edəcək – Açıqlama

1469786508_ans-2Məlum olduğu kimi, Bakı Apellyasiya Məhkəməsi «ANS Müstəqil Yayım və Media» Şirkətinin fəaliyyətinə xitam verilməsi (lisenziyanın ləğvi) barədə iddianı təmin edib.

Prosesdən sonra ANS-in nümayəndəsi Raqif Mustafayev Azadlıq Radiosuna deyib ki, onlar bu qərarla razı deyillər:«Biz öz dəlillərimizi bildirdik, prosesdə buna etiraz elədik. Ancaq məhkəmə belə bir nəticəyə gəldi. Biz qərardan şikayət verəcəyik».