Antalyada 5 ulduzlu otel yanır: 400 nəfər təxliyyə edilib – Foto,Video

Türkiyənin Antalya bölgəsində 5 ulduzlu oteldə yanğın başlayıb.

Yenicag.az türk mediasına istinadən xəbər verir ki, yanğın otelin mətbəxində baş verib. Hadisə yerinə xeyli yanğınsöndürən maşınları cəlb olunub, 400 insan təxliyyə edilib. Yanğının başvermə səbəbləri araşdırılır.

 

Yenicag.az