Antalyanın Finike kəndində güclü yağışdan sonra dənizdən gələn burulğan çoxlu sayda yaşayış evini dağıdıb.
Yenicag.az xəbər verir ki, təbii fəlakət nəticəsində 18 nəfər ağır xəsarətlər alıb.
Hadisə nəticəsində Kumluca və Demre kəndlərində də ciddi fəsadlar yaranıb. Burulğan yaşayış evlərinin damını uçurub, elektrik naqillərini qırıb. Bölgəyə ciddi ziyan dəyib.