Antarktidada istiləşmə sürəti ARTIR: Fəlakətlər YAXINLAŞIR – ARAŞDIRMA

Antarktidada istiləşmə proqnozlaşdırılandan daha sürətli baş verir.

Yenicag.az Antarktidada buzların əriməsinin nəticələri barədə araşdırmanı oxuculara təqdim edir.

Elmi araşdırmaya görə, Antarktida dünyanın digər hissələri ilə müqayisədə təxminən iki dəfə sürətlə istiləşir. Bu, qlobal dəniz səviyyəsinin yüksəlməsi səbəbindən potensial olaraq geniş nəticələrə səbəb ola bilər.
Elm adamları 1000 il əvvəlki temperaturu bərpa etmək üçün Antarktida buzunun 78 nüvəsini analiz ediblər. Qitədə istiləşmənin həddinin aşdığı müəyyən edilib. Son iki ildə Antarktidada dəniz buzlarının səviyyəsinin niyə rekord həddə istiləşdiyini araşdırmaçılar anlamaqda çətinlik çəkir. Lakin səbəb tapılmazsa və buzların əriməsinin qarşısı alınmazsa, dünya çox böyük fəlakətlərə sürüklənir.
Daha çox istiləşmə buzlaqları qoruyan sahil buz rəflərinin əriməsinə səbəb ola bilər. Son onilliklərdə Antarktida yarımadasında istiliyin proqnozlaşdırılandan daha çox olduğu müşahidə olunub.

İqlim daha çox istiləşdikcə, buzlaqlar əriyəcək, beləliklə, dünya okeanının da ekosistemi dəyişəcək”.

Nəsimi Ələsgərli