ANTEC Academy-nin Bakı Dövlət Universitetində növbəti görüşü baş tutdu – FOTOLAR

BDU Tələbə Həmkarlar İttifaqı Komitesinin birgə təşkilatçılığı ilə keçirilən görüş “Süni intellekt nədir?” mövzusunda olub. 

ANTEC Academy-nin rəhbəri, İT və proqramlaşdırma sahəsi üzrə mütəxəssis Günay Hüseynli, ANTEC Academy-nin təlimçiləri Data Analitik və Pyhton koç Günel Əmrahova, Frontend Developer Səxavət Qocayev və qrafik/web dizayner Süleyman Süleymanov mövzu ilə bağlı maraqlı təqdimatlar ediblər. İnteraktiv şəraitdə keçən görüşdə mütəxəssislər eyni zamanda gəncləri maraqlandıran sualları cavablandırıblar.

 

Qeyd edək ki, bundan əvvəlki iki  “Karyeramızdakı BUG-lar” adlı proqram Bakı Biznes və Kooperasiya Kollecinin və Azərbaycan Universitetinin tələbələri ilə keçirilib. Bu platforma çərçivəsində digər ali məktəb tələbələri ilə də görüşlərin keçiriləcəyi planlaşdırılır.