Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Anti-Milli Şura niyə hər şeyə və hamıya qarşıdır?

Reklam: High Technic

Azərbaycanın müxalifət düşərgəsində gedən və hamının alışdığı ürəkbulandıran proseslər koronavirus pandemiyası ilə əlaqədar tətbiq edilən karantin rejimi fonunda daha çılpaq şəkildə özünü biruzə verməkdədir.

Son zamanlar ölkədə gedən sözün əsl mənasında müsbət dəyişikliklər haqqında obyektiv bir ifadə işlədən və cəmiyyətin az-çox tanıdığı bütün şəxslər qaragüruhçuların yaratdığı anti-Milli Şura adlanan qurumun hədəfinə çevrilirlər. Onların iclaslarında, konfrans və qurultaylarında baş verənlər, bunları özündə əks etdirən kadrlar bir daha sübut edir ki, bu qruplaşmanın əsl məqsədi nədir.

Azərbaycanın dövlət müstəqilliyini əldə etdiyi dövrdən bəri iqtidar-müxalifər arasında gedən siyasi mübarizə, mübahisə heç bir vaxt belə iyrənc şəkil almamış, tərəflər bir-birinə qarşı indiki kimi qaralama kampaniyası aparmamışdı. Adı şəkilən bu qurumun meydana çıxmasından sonra ölkə siyasətinə rəsmən əxlaqsızlıq, etikasızlıq və şərəfsizlik gətirdi. İqtidar qalsın bir yana, bu özbaşına, başıpozuq zümrənin digər müxalif partiya və təşkilatlara qarşı apardığı qaralama, gözdənsalma kampaniyası heç bir çərçivəyə sığmır. Hətta mediya belə anti-Milli Şuranın iclaslarında baş verən biabırçılıqları işıqlandıra bilmir. Müxtəlif şəxslərə, hətta müxalif düşərgənin təmsilçisi olan Müsavat Partiyasının, Real Partiyasının funksionerlərinə və tərəfdarlarına qarşı anti-milli qruplaşmanın apardığı qarayaxma kampaniyası cəmiyyəti şoka salıb.

İllərdir siyasi mübarizələri ilə cəmiyyətdə tanınan şəxslər, regional və geosiyasi müstəvidə gedən real situasiyanı obyektiv dəyərləndirdiklərinə görə bu qruplaşma tərəfindən təkfir olunaraq onlara “satqın” damğası vurulub. Halbu ki, bu anti-milli qruplaşmanın qarşısında xaricdəki havadarları tərəfindən qoyulmuş tapşırıq gün kimi aydındır. Bu tapşırıq ondan ibarətdir ki, qaragüruh əlində olan bütün imkanlardan, o cümlədən xaricdəki anti-Azərbaycan qüvvələrin resurslarından istifadə edərək ölkəmiz haqqında ancaq pis, neqativ rəy formalaşdırmalıdır. Bunun üçün ən uyrənc metodlara baş vurmaqdan belə çəkinməyən anti-milli şura artıq həqiqəti deməyə özündə güc tapmış siyasiləri də hədəf taxtasına oturdub. Yuxarıda adı çəkilən siyasi partiyalara qarşı aparılan çirkin kampaniya isə müxtəlif informasiya platformalarında sadə insanlar və istifadəçilər tərəfindən böyük qınaq mənbəyinə çevrilib. İnsanlar artıq inkişaf edən Azərbaycanın yerini yeni dünya ölkələrinin sırasında görmək istəyir, uzaq və yaxın keçmişimizin müxtəlif zərərli stereotiplərindən uzaqlaşmağa çalışırlar. Bütün bu çiçəklənmənin fonunda antimilli qaragüruhun destruktiv fəaliyyəti sonda yalnız və yalnız “milli şura” adlanan qurumun birdəfəlik dəfni ilə nəticələnəcək.

Loading...

www.yenicag.az

364
reyting.az
www.busaat.az
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100