Antibiotiklərə görə milyonlarla insan ölə bilər

“Alimlər antibiotiklərin effektivliyinin sürətlə azaldığını bildiriblər”.

Yenicag.az xəbər verir ki, bu barədə Almaniyanın “Bild” qəzeti yazıb.

Nəşrin məlumatına görə, antibiotiklərin effektivliyinin azalması səbəbindən milyonlarla insan ölə bilər.

İnfeksion Müalicə Cəmiyyətinin prezidenti Mattias Ploetz bildirib ki, “Biz yenidən müasir tibbin nailiyyətlərini itiririk və penisilinin kəşfindən əvvəlki dövrə qayıdırıq”.

Nəşrin müəllifləri antibiotiklərin effektivliyinin azalmasının iki əsas səbəbini qeyd ediblər: hətta tənəffüs yolları xəstəliklərinin müalicəsi üçün antibiotiklərin nəzarətsiz istehlakı və COVID-19 pandemiyasından sonra turist səfərlərinin sayının artması.

Antibiotiklərin çox vaxt nəzarətsiz təyin olunduğu, bəzən onlara ehtiyac olmadığı qeyd olunur. Nəticədə, antibiotiklərə davamlı mikroorqanizmlər 2050-ci ilə qədər on milyonlarla insanı təsir edə biləcək infeksiyalara səbəb ola bilər./unikal

COP29