Antiterror əməliyyatı: 3 terrorçu öldürüldü, biri həbs olundu

Gürcüstanın paytaxtı Tiflisdə antiterror əməliyyatı keçirilib.

Yenicag.az xəbər verir ki, şəhərin İsani-Samqori rayonundakı yaşayış binasında həyata keçirilən antiterror əməliyyatı zamanı 1 terrorçu sağ ələ keçirilib, 3 nəfər öldürülüb.

Əməliyyat zamanı Gürcüstan Daxili İşlər Nazirliyinin əməkdaşları və xüsusi təyinatlı dəstənin 2 üzvü yaralanıb. Səhər saatlarında xüsusi təyinatlı dəstənin yaralanmış bir üzvü xəstəxanada ölüb.