Azərbaycanda Ermənistanın 23 hərbçisi əsir qalır.
Yenicag.az xəbər verir ki, bu barədə Ermənistan hökumətinin 2023-cü il üçün planının (2021-2026-cı illər) icra prosesi və yekunlarına dair hesabatda deyilir.
Qeyd olunub ki, onlardan 16-sı sentyabrın 19-da keçirilən antiterror əməliyyatları nəticəsində əsir götürülüb.
2020-ci il müharibəsindən sonra isə azı 32 erməni hərbçi hələ də itkin düşmüş sayılır.
Qeyd edək ki, 44 günlük müharibədən sonra hələ də Qarabağda qalan erməni separatçılarına qarşı ötən ilin 19 sentyabr tarixində lokal xarakterli antiterror əməliyyatı keçirilib./unikal