!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Antiterror və epizodik məhvetmə əməliyyatlarına gedən "YOL" - "Sülh sazişi qalib ölkələrin diqtəsi ilə hazırlanır" - Səxavət Məmməd yazır

!Reklam – Yazi

Artıq bir aya yaxındır ki, Qarabağda atəş səsləri dayanmır. Hər kəs bunun səbəblərini axtarır.

Niyə ermənilər atəşkəsi pozur? Niyə məğlub tərəf özünü dəlioğlanlığa qoyub? Kimə güvənir?

Ən əsası bu məsələlər maliyyə tələb edir. Sual yaranır, bu dəyirmanın suyu hardan gəlir?

Su demişkən, hazırda gələcəyin münaqişələrinin su üstündə olacağının siqnalları gəlməkdədir.

Yeri gəlmişkən, Kəlbəcərdən Ermənistana içməli su xəttələri də çəkilibmiş.

Azərbaycan tərəfi torpaqlarını işğaldan azad etdikdən sonra, həmin su xəttlərinin də qarşısını kəsib.

Onsuzda dilə gətirilməsə də, Azərbaycanın özündə də su problemləri var. Havaların quraqlıq keçməsi rayonlardakı bulaqların və artezianların quruması ilə nəticələnib. Rayon əhalisinin daimi su götürdüyü yerlər dəyişməyə başlayıb.

Qarabağda ən böyük su qaynaqlarından biri Sərsəng su ambarıdır.

Sərsəngin işğaldan azad edilmsəi ilə bağlı xeyli cəhdlər edilsə də, nəticə verməyib. Suqovuşandakı su ambarının da əsas mənbəyi Sərsəngdir. Hazırda Sərsəngə ermənilər nəzarət etdikləri üçün, su yalnız anbara dolduqdan sonra Suqovuşana doğru ötürülür. Sərsəng su anbarının ermənilərdə olması uzun illərdir ki, Tərtər çayının qurumasına, 7 rayonun suvarma sisteminin iflic olmasına gətirib çıxarmışdı. Azərbaycan tərəfi dəfələrlər həmin anbarın açılmasını təklif edib, bununla bağlı beynəlxalq təşkilatlara müraciət edib. Ancaq bu məsələ heç bir zaman öz həllini tapmayıb. Sərsəngdən Tərtər çayına su yalnız qış aylarında ötürülürdü ki, onda da suya ehtiyac qalmırdı. Əksinə o su məmurların çay hövzəsindəki çınqıl yataqlarını su ilə doldururdu. Bu isə məmurların cibinə zərər edirdi.

Əldə etdiyimiz məlumata görə, Sərsəng su anbarından Suqovuşana suyun verilməsi üçün Azərbaycan tərəfinin nümayəndələri ilə erməni tərəfi görüşüb.

Azərbaycan tərəfi texniki və avadanlıq xidməti qarşılığında Suqovuşana suyun davamlı verilməsini təklif edib. Erməni tərəfi isə buna etiraz etməyib.

Kəlbəcərdən, daha dəqiq desək Ömər dağ istiqamətindən İrana içməli su xətti çəkilirmiş. Müharibəyə görə İrana gedəcək su xətti yarımçıq qalıb.

Qarabağda atəşkəsin pozulmasında Rusiya tərəfini ittiham etsək də, bir qüvvə özünü gizləyə bilir. Bu, Fransadır.

Fransa Ermənistana və Qarabağdakı ermənilərə gizli maliyyə dəstəyi verir. Onu da qeyd edək ki, Qarabağdakı alaylardan 7-nin komandiri Fransa ermənisidir. Fransa həm maliyyə, həm də hərbi yardımla ermənilərin yanındadır.

Bundan əlavə, Kəlbəcərdəki Zod yatağının 3/1-i erməni tərəfinin nəzarətindədir.

Ermənilər isə həmin ərazidən qızıl çıxarma işinə başlamışdılar. Baş vermiş hadisələrdən sonra ərazidə işləyən 150 erməni işçi evakuasiya edilib.

Azərbaycan tərəfi təkcə Ermənistanı yox, Fransanı da cəzalandırmaq üçün ən azı kiçik çaplı antiterror əməliyyatları keçirə bilər. Əslində Rusiya tərəfi də, Fransanın bitib-tükənməyən bu istəklərindən cana yığılıb.

Çünki Fransa təkcə gözünü təbii sərvətlərə yox, həm də Zəngəzur dəhlizində təmsil olunmağa tikib.

3 tərəfli bəyanatın 9-cu bəndində Zəngəzur dəhlizində təhlükəsizliyi Rusiya Federasiyası Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Xidmətinin orqanları tərəfindən həyata keçiriləcəyi yazılıb. Fransa erməni tərəfinə maliyyə və siyasi dəstək verməklə dəhlizdə təmsil olunmaq arzusundadır. Fransa tərəfi yaxşı bilir ki, o dəhliz təkcə Naxçıvanla Azərbaycanı birləşdirən yol yox, böyük layihələrin keçəcəyi bir yer olacaq. Ona görə də, özünü orada görmək istəyir.

Azərbaycan tərəfi yalnız Qarabağ daxilində antiterror əməliyyatları keçirə bilər. Ancaq dövlət sərhəddində isə sərhəd pozulmasına görə tədbirlər görə bilər.

Ermənistan və Fransanın bu oyununu pozmaq üçün Azərbaycanın hərbi gücə əl atmasına böyük ehtimalla, Rusiya tərəfinin razılığı var. Azərbaycan tərəfi hərbi yola əl atarsa, bu təkcə antiterror yox, böyük sülh sazişinə və dəhlizə məcbur etmə əməliyyatı olacaq.

Azərbaycanda bəzi politoloqlar iddia edirdi ki, Ermənistandakı seçkidən sonra hər şey öz axarına düşəcək. Əslində isə Paşinyan seçilərək, Fransadan aldığı dəstəklə həm dəhlizdən, həm də sülh müqaviləsindən boyun qaçırmaq niyyətindədir.

Sülh sazişi qalib ölkələrin diqtəsi ilə hazırlanır və qəbul elətdirilir.

Təbii ki, sülh sazişində erməni tərəfinin bütün silahlılarının Qarabağdan çıxması və ən əsası isə 30 il müddətində vurulan təzminatın ödənilməsi öz əksini tapacaq. Bunun rəsmiləşməsi isə Ermənistanı çıxılmaz vəziyyətə salmış olacaq. Ermənistanın dövlət büdcəsini nəzərə alsaq, torpaq verməkdən başqa yolu qalmayacaq.

Kəlbəcər təbii sərvətlərlə zəngin bir bölgədir.

Təkcə onu qeyd etmək lazımdır ki, Kəlbəcərdən çıxan mineral və isti su Xəzər dənizindən çıxan təbii sərvətdən çoxdur.

Fransa və Ermənistanın dirənişi antiterror və epizotik məhvəetmə əməliyyatlarının keçirilməsinə şərait yaradacaq.

Səxavət Məmməd

www.yenicag.az

2495
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv