Avast antivirusunun pulsuz versiyası istifadəçilərin məlumatlarını axtarış sistemlərinə sataraq yüksək məbləğlərdə gəlir əldə etməklə günahlandırılır.
Yenicag.az xəbər verir ki, bu barədə “Motherboard” və “PCMag” tərəfindən iddia qaldırılıb.
Yayımlanan məlumata görə bu Avast ilə istifadəçi məlumatlarını alan şirkət arasında bir sıra gizlilik müqavilələri imzalanıb. Bu səbəbdən istifadəçi dataları bu 2 şirkət arasında gizli qalmalıdır.
Avast şirkətinin yan qurumu olan “Jumpshot”dan verilən məlumata görə, Avast tərəfindən əldə olunan istifadəçi məlumatları Jumshot vasitəsilə dünya nəhənglərinə satılır. 100 milyondan çox istifadəçinin məlumatları hal-hazırda satılıb. Bu məlumatı alan şirkətlər arasında Google, Yelp, Microsoft, McKinsey, Pepsi, Sephore, Home Depot, Conde Nast və Intuit kimi nəhənglər var.
Satılan məlumatlar arasında Google xəritələrdə baxdıqları yer, lokasiyalar, hansı saytlara giriş edildiyi, axtarış edilən sözlər, hətta porno saytlarında hansı kateqoriyalara girdikləri belə var.
Lakin verilən açıqlamara görə, istifadəçilərin adları, xüsusi məlumatları tamamilə anonimləşdirilir.
Mütəxəssislər isə deyir ki, xüsusi alqoritmalar vasitəsilə dataları təkrar adlandırmaq mümkündür.
“Avast” 435 milyondan daha çox aktiv istifadəçiyə malikdir.
Lakin belə görünür ki, antivirus işlətməmək daha təhlükəsizdir.