Anton Krivotsyuk Azərbaycan Premyer Liqasına qayıdır

Azərbaycan milli komandasının üzvü Anton Krivotsyuk ölkəmizə qayıda bilər.

Yenicag.az Apasport.az-a istinadən xəbər verir ki, millimizin müdafiəçisinə “Sabah” maraq göstərir.

Masazır təmsilçisinin yerli transfer siyahısında Krivotsyuk da yer alıb. Lakin Krivotsyukun bu təklifə münasibəti hələ ki, tam bəlli deyil.

26 yaşlı müdafiəçi 2023-cü il fevral ayında Cənubi Koreyanın “Tedjon Xana” klubu ilə 2+1 illik müqavilə imzalamışdı. O, indiyə qədər “Neftçi” və “Visla” (Plotsk) klublarında oynayıb.

COP29