Antonio Tayani: “Avropa İttifaqı qeyri-effektivdir və həddən artıq bürokratikləşib”

“Avropa İttifaqı (Aİ) çox sayda səhv edib, qurum qeyri-effektiv fəaliyyət göstərir və həddən artıq bürokratikləşib”.

Yeniçağ.Az-ın “APA”ya istinadən verdiyi xəbərinə görə, bunu Avropa Parlamentinin sədri Antonio Tayani bildirib.

“Biz Avropadan yorulmamışıq, lakin biz onun daha yaxşı işləməsini istəyirik”, – deyə o qeyd edib.

Onun sözlərinə görə, Aİ-nin üzvü olan ölkələrin vətəndaşları daha çox şikayətlənməyə başlayıblar: “Avropanı dəyişmək lazımdır. Lakin onun məhv olmasına imkan vermək olmaz. Bizə heç zaman olmadığı qədər birlik lazımdır”.

Yeniçağ.Az

COP29