Avropa Parlamenti Ermənistana Avropa İttifaqına üzvlüyünə namizəd statusunun verilməsi imkanlarına baxmağı təklif edən qətnamə qəbul edib.
Yenicag.az APA-ya istinadən xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yyaıb.
Qətnamənin lehinə 504 deputat, əleyhinə 4 deputat səs verib,.
32 deputat bitərəf qalıb.
Avropa Parlamenti 504 lehinə səslə Ermənistana Aİ-yə üzv olmaq üçün namizəd statusunun verilməsinin mümkünlüyü ilə bağlı qətnamə qəbul edib.
“Əgər Ermənistan namizəd statusu almaqda maraqlıdırsa və sabit islahatlar, demokratiyasını möhkəmləndirmək yolunda davam etsə, bu, Aİ-Ermənistan münasibətlərində yeni mərhələ ola bilər”, – sənəd layihəsində deyilir.