Aparat rəhbəri vəzifəsindən azad edildi – SƏRƏNCAM

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov mayın 20-də Əli Həsənovun Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının rəhbəri vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.

Yenicag.az-ın məlumatına görə, sərəncamda deyilir:

“Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini rəhbər tutaraq qərara alıram:

Əli Əkbər oğlu Həsənov Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının rəhbəri vəzifəsindən azad edilsin”.