Aparıcı əsəbiləşdi: “Boğaza yığıldıq”

Aparıcı Vüsalə Əlizadə yolların tez-tez təmir olunmasından şikayətlənib.

Yenicag.az xəbər verir ki, o, sosial şəbəkə hesabında video paylaşaraq bildirib:

“Günün günorta çağı bu nə deməkdir? Bir qarış yeri qırlayacaqlar deyə, 1 saat 10 dəqiqədir tıxacda nəfəsimiz kəsildi! Onsuz da stresli həyatımız bitmir, bu yollardan çəkdiyimiz nədir? Bu işə müəyyən bir saat ayrıla bilməz? Kim haranı istəyir sökür, boğaza yığıldıq”.