Aparıcı öləcəyini açıqladı: “Sayılı günlərim qalıb” – FOTO

BBC-nin aparıcısı Raşel Bland öləcəyini bildirib.

Yenicag.az xəbər verir ki, o, sosial şəbəkə vasitəsi ilə paylaşım edərək sayılı günlərinin qaldğını qeyd edib: “Mənə verdiyiniz dəstəyə görə hər birinizə təşəkkür edirəm. Amma sayılı günlərim qalıb”.

Qeyd edək ki, adıçəkilən aparıcı 2016-cı ildən etibarən döş xərçəngi ilə mübarizə aparır.

Xatırladaq ki, bir uşaq anası olan Raşel 15 ildir ki, BBC-də çalışır. O, son gününə qədər işinin başında olacağını bildirib.

COP29