Aparıcı Ulvira yeni telekanala keçdi

xulvira.jpg.pagespeed.ic.Eu5lDLPC8HFəaliyyəti dayandırılmış ANS telekanalının keçmiş əməkdaşı, tanınmış aparıcı Ulvira Qarayeva yenidən efirə qayıdır.

Ölkə.Az-a daxil olan məlumata görə, aparıcı ARB TV-yə keçib.

Məlumatı telekanalın strateji inkişaf direktoru İsmayıl Həsənov Ölkə.Az-a açıqlamasında təsdiqləyib:

“Tamaşaçılar Ulvira Qarayevanı gələn həftədən etibarən ARB TV-nin efirində izləyə biləcəklər. Xanım aparıcının hansı verilişi təqdim edəcəyini isə yaxın günlərdə açıqlayacağıq”.

Qeyd edək ki, yeni efir mövsümündən etibarən bir çox keçmiş ANS əməkdaşı ARB TV-yə keçib.