Aparıcıdan 700 manatlıq ayaqqabıya REAKSİYA: “Dedim, mən heç vaxt o qədər pulu…”

Tanınmış aparıcı Mətanət Əliverdiyeva müğənni Gülay Zeynallı ilə bağlı maraqlı fakt açıqlayıb.

Yenicag.az xəbər verir ki, aparıcı “Xəzər axşamı” verilişində qonağı olan Gülayla bağlı illər öncə aralarında olan dialoqu xatırlayıb.

Vaxtilə Gülayın bir ayaqqabıya 700 manat verdiyini eşidəndə, təəccübləndiyni bildirib:

“İllər öncə Gülay verilişimdə qonaq idi. Ayaqqabısının qiymətini soruşdum, dedi, 700 manata almışam.

Çox təəccübləndim, dedim, mən heç vaxt o qədər pulu ayaqqabıya vermərəm, 700 manat maaş alıram, onu da verim ayaqqabıya, ac qalım?”

Bununla belə, o, müğənniyə haqq qazandırıb:

“Əslində, düz edirsən, Gülay. 700 manatlıq yox, 7 min manatlıq, ondan da baha qiymətə ayaqqabı alıb geyinəsən”.

Müğənni aparıcının bu sözlərinə heç bir şərh verməyib və mahnı oxumağa başlayıb.

Nehru

COP29