!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Aparıcılığa başlayan aktyor: “Həddən artıq gülüş şitliyə aparır”

!Reklam – Yazi

Tanınmış aktyor Rəşat Kəsəmənli yenidən aparıcılığa başlayır.

Yenicag.az-a açıqlama verən Rəşat yeni verilişindən danışıb:

“Altı illik aparıcılıq təcrübəm var, buna görə də bu iş mənim üçün yeni deyil. ARB-də yeni verilişimizin adı “Bir arzu ilə” adlanır. Verilişi Arzu Həmzəyeva ilə birgə təqdim edəcəyik. Kütləni, onun maraqlarını nəzərə almışıq. Həm maarifləndirici, həm düşündürücü, həm də əyləncə daxil hərtərəfli veriliş olacaq. Təbii ki, aparıcı olaraq, mənim də məqsədlərim var. Həddən artıq ciddilik insanları bezdirir, həddən artıq gülüş isə şitliyə aparıb çıxarır. Buna görə də elə etmək lazımdır ki, kütlənin marağına xidmət edəsən. Aparıcı kimi məqsədim kütləni maarifləndirmək, Azərbaycan dilinin qanunlarına hörmətlə yanaşmaq, səlis danışmaq və izləyiciləri qıcıqlandırmamaqdan ibarətdir”.

Qeyd edək ki, veriliş bu həftənin şənbə günündən etibarən efirdə nümayiş olunacaq.

Cəvahir

www.yenicag.az

5908
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv