Reklam
Ziraat Bank New 160×600
Koronavirus
Azersun New 160×600
Qarabağ FC

Aparıcılığa başlayan Elməddin: “Müğənnilər bu verilişə gəlməkdən çəkinəcək, çünki...”

Tanınmış aktyor Elməddin Cəfərov Azərbaycan teleməkanında bir ilkə imza atacaq.

Yenicag.az-a açıqlama verən aktyor yaxın günlərdə ATV kanalında “Qısaqapanma” verilişi ilə izləyicilərin qarşısına çıxacaq.

“Yeni verilişimiz 12-13 il əvvəlki “Arı şou”nun formatına əsaslanır. Amma üç hissədən ibarətdir. Bir hissə “Arı şou”da olduğu kimi, digər iki hissə isə tam yenidir. Hazırda tam format olaraq teleməkanda belə bir veriliş yoxdur. Demək olar ki, heç xaricdə də yoxdur. İnşallah ki, bir ilkə imza atmış olacağıq, uğurlu alınacağına da ümid edirik. Verilişdə üç qonaq olacaq. Adətən tanınmış sənətçilər dəvət olunur və verilişlərdə təriflənir. Bu verilişdə qonaqlar qısaqapanma halı yaşayacaqlar. Gələn həftənin şənbə günü efirdə olacağıq”.

“Elə bir müğənni olacaqmı, hansı ki, onu verilişinizə dəvət etməyəcəksiz?” – sualına Elməddinin cavabı belə oldu:

“Hansısa müğənni ilə belə bir problem yoxdur. Amma bilirəm ki, müğənnilər özləri bu verilişə gəlməkdən çəkinəcək, onlar tərifi sevir axı. Bu verilişdə tərif olmayacaq. Bu verilişə yalnız özünə güvənən, hazırcavab olan müğənnilər gələcək”.

Cəvahir

www.yenicag.az

841
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100