Aparıcının sualı müğənini özündən çıxardı: “Çoxları elə bilir biz qaz vurub, qazan doldururuq”

“Səsi olmayan müğənnilər var ki, toy qiymətləri kəllə-çarxa çıxır”

Yenicag.az xəbər verir ki, bu sözləri müğənni Ülviyyə Namazova “Günaydın Azərbaycan” verilişində deyib.

O, aparıcının “deyilənə görə Rusiyada mal-qara biznesi ilə məşğul olursan” sualından qıcıqlanıb və bu məlumatı şayiə adlandırıb:

“Çoxları elə bilir biz müğənnilər qaz vurub, qazan doldururuq. Çəkdiyimiz əziyyəti heç kim görmür. Günümüz təyyarələr gözləməklə keçir, yuxusuz gecələrimizi heç kim görmür. Mən toylara baha qiymətə getmirəm. Səsi olmayan müğənnilər var ki, toy qiymətləri kəllə-çarxa çıxır. Məndə belə deyil”.

Müğənni bütün muğamları bildiyini, sadəcə dolanışığı toydan çıxdığı üçün tələb olunan mahnıları oxumaq məcburiyyətində qaldığını deyib:

“Mənim oxuduğum muğamlar Televiziyanın Qızıl Fondunda saxlanıır. Musiqi təhsilim də var. Sadəcə dolanışıq üçün belə toy mahnıları oxuyuram. Lazım olanda muğam da ifa edirəm”.

Nehru

COP29