Aparıcıya nazirlikdə vəzifə verildi

Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri vəzifəsinə təyinat olub.

Yenicag.az xəbər verir ki, bu vəzifə “ASAN Radio”da aparıcı-redaktor vəzifəsində çalışan Ruslan Zeynala həvalə edilib.

Xatırladaq ki, o, uzun illər “ASAN Radio”da və bir sıra televiziya kanallarında çalışıb.