Apellyasiya Məhkəməsi Rafael Cəbrayılovun qardaşı ilə bağlı şikayəti təmin etmədi – VİDEO

Bu gün Bakı Apellyasiya Məhkəməsində dələduzluqda suçlanaraq həbs edildikdən sonra 2021-ci ilin sentyabrında koronavirusdan dünyasını dəyişən Milli Məclisin sabiq deputatı Rafael Cəbrayılovun həyat yoldaşı və hüquqi varisi Aidə Cəbrayılova və zərərçəkmiş bir neçə şəxsin Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq İdarəsinin ittiham aktında sübutların qiymətləndirilməsi aktının Elşən Cəbrayılova aid olan hissəsinin ləğv olunması tələbinin rəddinə dair Binəqədi Rayon Məhkəməsinin çıxardığı qərardan verilmiş şikayətə baxılıb.

Yenicag.az xəbər verir ki, hakim Ziya Şirinovun sədrliyilə keçirilən prosesdə birinci instansiya məhkəməsinin çıxardığı hökm dəyişdirilmədən saxlanılıb.

Məhkəmə iclasından sonra açıqlama verən Rafael Cəbrayılovun həyat yoldaşı Aidə Cəbrayılova bildirib ki, Rafael Cəbrayılovun qardaşı Elşən Cəbrayılov hər vəchlə məsuliyyətdən yayındırılır.

Vəkil Mübariz Məsimoğlu isə bildirib ki, iş yetəri qədər şəffaf araşdırılmır.

Daha ətraflı videoda:

COP29