!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Apellyasiya Şurası dünyada effekt verib? – Şərh

!Reklam – Yazi

maliyye-nazirliyinde-apellyasiya-surasi-yaradilmisdir_156bd8173def9a-xebervar_com“Yaradılmasına başlanılan Apellyasiya Şuralarının ciddi effekt verəcəyinə inanmıram. Çünki, belə qurumlar sovet dövründən qalma qurumlara bənzəyir”.

Bu sözləri Yenicag.az-a açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli söylədi: “Apellyasiya Şuralarının yaradılması məsələsi əslində mənə sovet dövrünü xatırlatmağa başlayıb. O, zamanlar da Xalq Nəzarəti Şuraları və drujinaları var idi. Amma bunun özü belə sovet iqtisadiyyatının normal inkişaf edəcəyi anlamına gəlmədi. Normal qanunlar və məhkəmə sisteminin işlədiyi bir şəraitdə heç də belə Apellyasiya Şuralarının yaradılmasına ehtiyac olduğunu düşünmürəm. Sadəcə keçid dövrü üçün ola bilər ilkin mərhələdə bu prosesdən istifadə etmək olar. Amma daimi olaraq belə bir şuraların yaradılması və onun ictimai əsaslarla fəaliyyət gəstərməsinin ciddi effekt verəcəyinə açığı inanmıram. Çünki, bununla bağlı dünyada müsbət örnəklər belə yoxdur. Ancaq bəzi sovet sistemlərində bu olub və o da ciddi effekt vermədi. Ona görə də dünyanın getdiyi yolla getməyimiz daha yaxşı olar. Yəni Apellyasiya Şuralarının görə biləcəyi işi əslində məhkəmələr görməlidir. İş adamları problem olduqda məhkəmələrə müraciət etməlidir. Məhkəmələr də ədalətli qərar çıxarmalı və əlaqədar dövlət orqanlarının günahı varsa, onları cəzalandırmalıdır. Bu sistem işlək bir sistemdir, investor, iş adamları üçün də bir güvən mənbəyi olardı. Belə bir sistem isə yaradılmayıb, təəssüf ki, ictimai əsaslarla fəaliyyət göstərən şuraların ciddi effekt verə biləcəyi ehtimalı da çox aşağıdır”.

 

ELÇİN

www.yenicag.az

724
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv