!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Apellyasiya Şurasının ilk iclası keçirilib

!Reklam – Yazi

скачанные файлы (3)Əmlak Məsələləri Dövlət Komitəsində yaradılmış Apellyasiya Şurasının bu gün ilk iclası keçirilib. İclasda Şuranın cari fəaliyyətinin təşkili, sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslərdən daxil olan şikayətlərə baxılması qaydaları, araşdırma üsulları və forması, qərarların qəbulu və onların icrası, şikayətlərin təhlili və qeydiyyatı, qanunla açıqlanması qadağan edilən məlumatların qorunması və digər məsələlər müzakirə edilib. Apellyasiya Şurasının sədri Şuranın səmərəli fəaliyyətinin təmin edilməsi məqsədilə bütün zəruri tədbirlərin həyata keçirilməsi barədə tapşırıqlarını verib. Şuraya daxil olan şikayətlər üzrə araşdırma işinin ən qısa zamanda aparılması və müraciətlərin operativ cavablandırılması tapşırılıb.

Xatırladaq ki, bir müddət öncə Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanına əsasən Əmlak Məsələləri Dövlət Komitəsində Apellyasiya Şurası yaradılıb. Əmlak Məsələləri Dövlət Komitəsi sədrinin müavini Rüstəm Şahbazov Şuranın sədri və 6 nəfərdən ibarət üzvləri təyin edilib. Eyni zamanda, Apellyasiya Şurasının 5 nəfərdən ibarət olan Katibliyi də yaradılıb.

Qeyd edək ki, Apellyasiya Şurasının məqsədi müvafiq fərmana uyğun olaraq sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslərin şikayətlərinə baxılması və bu sahədə şəffaflıq, operativlik və obyektivliyin artırılmasıdır.

www.yenicag.az

501
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv