Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Banner

"Apple" "AirPods Pro"nu təqdim etdi - QİYMƏTİ

“Apple” şirkəti “AirPods Pro”nu təqdim edib.

Yenicag.az xəbər verir ki, heç bir təqdimat tədbiri keçirtmədən “Apple” şirkəti dünən növbəti naqilsiz qulaqlıq modeli olan “AirPods Pro” modelini təqdim etdi. “AirPods Pro” modeli tamamilə yeni dizayna, kənar səslərin boğulması özəlliyinə və səsin emal olunması üçün nəzərdə tutulmuş xüsusi alqoritmlərə sahibdir. Əvvəlki modellər ilə müqayisədə “AirPods Pro” modeli ölçü baxımdan bir qədər böyükdür. Qulaqlığın komplektində hər bir qulaqlıq üçün nəzərdə tutulmuş 3 müxtəlif ölçüdə yumşaq başlıq var. Həmin başlıqlardan hər birini istifadə edən zaman qulaqlıq avtomatik olaraq səsin səviyyəsini təyin edir. Yeni ventilyasiya sistemi isə qulaq kanalının daxili və xarici təzyiqini balanslaşdırır.

“AirPods Pro” həmçinin “IPX4” standartı üzrə sudan qorunma özəlliyini də özündə birləşdirir. Yeni qulaqlıq modeli fonda olan səsləri aktiv şəkildə boğur. Bu vasitə ilə istifadəçi öz diqqətini dinlədiyi musiqiyə yönəldə bilər. Hər bir qulaqlıq iki mikrofon ilə təchiz olunub. Onlardan biri ətrafdakı səsləri analiz edir, digəri isə qulaq kanalına tərəf yönləndirilib və qulaq daxilində qalmış əlavə səsləri təyin edir. “AirPods Pro”da Transparency Mode adlı rejim reallaşdırılıb. Onun sayəsində eyni anda həm musiqiyə həm də ətraf səslərə qulaq asmaq olar.

Fon səslərinin aktiv şəkildə boğulması ilə “Transparency Mode” rejimləri arasındakı keçid isə qulaqlığın gövdəsində olan sensor vasitəsilə reallaşdırılır. Toxunuşa daha həssas olmuş həmin sensorlar vasitəsilə həmçinin musiqiləri dəyişmək, zənglərə cavab vermək və ya həmin zəngləri ləğv etmək olar. “AirPods Pro” modeli H1 prosessoru əsasında hazırlanıb. Bu prosessor qulaqlıın bütün sistemlərindən cavabdehdir. “AirPods Pro” bir dəfə şarj olunandan sonra 5 saat adi rejimdə, 4.5 saat fon səslərinin aktiv boğulması rejimində, 3.5 isə telefon danışıqları rejimində çalışa bilir.

Qulaqlıqlar üçün nəzərdə tutulmuş keys isə “AirPods Pro”nun çalışma müddətini 24 saata yüksəldir. “AirPods Pro” 30 oktyabr tarixində satışa çıxacaq. ABŞ-da o, 250$-a, Avropada isə 280 avroya satılacaq. Maraqlısı ondadıdır ki, yeni qulaqlığın Apple cihazlarında çalışması üçün həmin cihazların əməliyyat sistemləri ən son versiyada olmalıdırlar: iOS 13.2, iPadOS 13.2, watchOS 6.1, tvOS 13.2, macOS Catalina 10.15.1.

www.yenicag.az

3620
SFERA
AZNEWS
MATC
redaktor.az
MARGIN-BOTTOM