“Apple” toplam dəyərini 1 trilyon dollara qaldırmaqla dünyanın ilk ictimai şirkəti adını qazanıb.
Yenicag.az xəbər verir ki, “İPhone” brendinin bazar dəyəri cümə axşamı günü Nyu-Yorkda ən yüksək həddə çatıb və səhmləri 207.39 dollar səviyyəsində yeni rekord qırıb. Və beləliklə “Apple” “Amazon” və “Microsoft” kimi rəqiblərini qabaqlayıb.
2006-cı ildə təxminən 2 milyard dollar sərvəti olan şirkətin keçən 12 il ərzində 1 trilyon qiymət qazanması hər kəsi heyrətləndirib.
Təkcə ötən il şirkətin satışları 229 milyard dollara çatıb və 48,4 milyard dollar mənfəət qazanıb.