“Apple” şirkətinin direktoru Tim Kuk korporasiyanın yanğından sonra Amazoniya meşələrini bərpa etmək üçün vəsait verəcəyini söyləyib.
Yenicag.az-ın məlumatına görə, şirkətin rəhbəri Tim Kuk şəxsi “Twitter” səhifəsində yazıb:
“Şirkətimiz biomüxtəlifliyin qorunmasına və Latın Amerikasındakı əvəzolunmaz Amazon meşələrinin bərpasına kömək etmək üçün vəsait bağışlayacaq”.
Qeyd edək ki, daha əvvəl Fransa prezidenti Emmanuel Makron G7-nin Amazonda meşə yanğınlarını söndürmək üçün təxminən 20 milyon avro məbləğində təcili yardım göndərəcəyini deyib.
Braziliya hökumətinin isə ayrılacaq beynəlxalq maliyyə yardımından imtina edəcəyi bildirilib.